Boccia üzrə “V Seni Cup” turnirində 60-dək idmançı gücünü sınayacaq
Bakı, 20 noyabr, AZƏRTAC
Noyabrın 22-də Abşeron Olimpiya İdman Kompleksində “Seni” firmasının dəstəyi, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi və Azərbaycan Boccia İdman Federasiyasının təşkilatçılığı ilə boccia idman növü üzrə “V Seni Cup” turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu ilki turnirində respublikanın müxtəlif regionlarından, ümumilikdə 60-dək idmançı mübarizəyə qatılacaq və 5 kateqoriya üzrə yarışlar keçiriləcək.
Boccia idman növü Milli Paralimpiya Komitəsi tərəfindən 5 ildir ki, ölkəmizdə təbliğ olunur. Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə cari ilin martında Azərbaycan Boccia Federasiyası yaradılıb. Vüqar Əsgərov vitse-prezident, İlham Məhərrəmov isə baş katib vəzifələrinə seçiliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]