Boks üzrə Azərbaycan yığması Odessada beynəlxalq turnirdə mübarizə aparacaq
Bakı, 14 iyul, AZƏRTAC
İyulun 16-da Ukraynanın Odessa şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.
AZƏRTAC xəbər verir ki, yeddi gün davam edəcək yarışda Azərbaycan yığması da qüvvəsini sınayacaq.
Semyon Trestinin xatirəsinə həsr olunan “A” kateqoriyalı turnirdə beş boksçumuz mübarizə aparacaq. Komandamızın baş məşqçisi Leonid Loivski Odessada Ruslan Rüstəmov (64 kq), Lorenso Sotomayor (69 kq), Kamran Şahsuvarlı (81 kq), Rauf Rəhimov (91 kq) və Rahil Məmmədliyə (91 kq-dan yuxarı) şans verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]