Boksçularımız Qazaxıstanda güclərini sınayacaqlar
Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 16-da Qazaxıstanın Karaqanda şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 6 gün davam edəcək yarışda kişi boksçulardan ibarət millisi də gücünü sınayacaq.
Baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi altında 15 idmançı rinqə çıxacaq. Çalışdırıcılar Karaqandada Həsən Məlikov, Tural Sarıyev (hər ikisi 48 kq), Məsud Yusifzadə, Nicat Hüseynov (hər ikisi 51 kq), Ruslan Qədirov (54 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov, Cəlal Qurbanov (hər ikisi 63,5 kq), Nəbi İsgəndərov, İlqar Salahov (hər ikisi 67 kq), Rəşid Həsənov, Sərxan Əliyev (hər ikisi 71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verəcəklər.
Turnirdə ölkəmizi Rövşən Qədirov hakim kimi təmsil edəcək.
Qeyd edək ki, bu gün Qazaxıstana yollanan yığma dekabrın 22-də Bakıya qayıdacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]