Boksçularımız “Strandja” turnirində iştirak edəcəklər
Bakı, 16 fevral, AZƏRTAC
Fevralın 19-25-də Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turniri təşkil olunacaq. 69-cu dəfə keçiriləcək yarışda həm kişilər, həm də qadınlar 10 çəki dərəcəsi üzrə qalibləri müəyyənləşdirəcəklər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan kişi boksçuların turnirində çıxış edəcək. Yığmamızın məşqçilər korpusu yarışda 7 idmançını sınaqdan keçirəcək. “Strandja” turnirində Araz İmaməliyev (49 kq), Məsud Yusifzadə (52 kq), Ümid Rüstəmov (56 kq), Sayad Lalayev (60 kq), Elvin İsayev (64 kq), Eldar Quliyev (81 kq) və Rahil Məmmədli (91 kq) mübarizə aparacaqlar.
Ölkəmizi Bolqarıstanda hakim kimi Fikrət Hacıyev təmsil edəcək.
Yığmamız Boks Mərkəzindəki təlim-məşq toplanışını sabah başa vuracaq. Komandamız ilin ilk beynəlxalq yarışına fevralın 17-də gecə saatlarında yollanacaq.
Qeyd edək ki, “Strandja” turnirinə 34 ölkədən 300-dən artıq boksçunun qatılacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]