BÖLGƏLƏRDƏ QİÇS-LƏ MÜBARİZƏ LAYİHƏSİ HƏYATA KEÇİRİLİR
“Müstəqil gənclər” ictimai təşkilatı fevralın 16-dan etibarən Azərbaycanda oxşarı olmayan “Biz bölgələrdə QİÇS görmürük” layihəsini gerçəkləşdirməyə başlayır. Şamaxı, Ağsu, Ağdaş, Mingəçevir, Hacıqabul və Kürdəmir rayonlarını əhatə edəcək layihədən məqsəd yeniyetmə və gəncləri İÇV/QİÇS ilə bağlı məsələlərdə maarifləndirmək, biliklərini artırmaq, fikir mübadiləsi aparmaq və yerli əhalini bu kəskin problemin aradan qaldırılmasına daha fəal cəlb etməkdir.
Bölgələrin xeyrinə seçim yerli əhalinin bu məsələdə məlumatsız olması və respublikanın şəhərlərində belə ölümcül xəstəliyə yoluxma hallarının artması ilə bağlıdır.
Layihə çərçivəsində gənclərin nümayəndələrinin, ekspertlərin və rəsmi şəxslərin iştirakı ilə görüşlər keçiriləcək, diskussiyalar aparılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]
Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]