BÖLGƏLƏRDƏ SEMİNARLAR KEÇİRİLİR
Dövlət Komitəsinin sədri Hicran Hüseynova AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir ki, Azərbaycanda 21 mindən çox uşaq internat məktəblərində və uşaq evlərində dövlət himayəsi altında yaşayır. Son illər bu uşaqların tərbiyə aldığı dövlət müəssisələrinin maddi-texniki bazası xeyli yaxşılaşdırılmışdır. Şübhəsiz ki, onların hamısı sevgi və qayğı ilə əhatə olunmuşdur. Lakin bütün bunlar uşaqların ailədə, doğmalarının, yaxınlarının əhatəsində duya biləcəkləri rahatlığı əvəz etmir. Uşaqlar yalnız belə mühitdə mükəmməl, ahəngdar inkişaf etmiş insanlar kimi böyüyür, bir şəxsiyyət kimi formalaşırlar.
BMT-nin Uşaqların Hüquqları Konvensiyasının tələblərinə əsasən hazırlanmış Dövlət proqramının həyata keçirilməsi də məhz bu mühüm sosial problemlərin həllinə kömək edəcəkdir.
Bölgələrdə seminarlar davam etdirilir.