Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bolqarıstanda Azərbaycanın turizm potensialının təşviqi kampaniyası davam edir VİDEO

Sofiya, 9 dekabr, AZƏRTAC

2018-ci il yanvarın 16-dan etibarən Bakı-Sofiya-Bakı aviareysinin açılması münasibətilə Bolqarıstanda Azərbaycanın turizm potensialının təşviqi məqsədilə Azərbaycanın Bolqarıstandakı səfirliyinin dəstəyi, “Bulgaria APG” və “Buta Airways” şirkətlərinin birgə təşkilatçılığı ilə Sofiyada tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, 120 nəfərin iştirak etdiyi bu tədbirə Bolqarıstanın 44-cü xalq məclisinin sədr müavini Valeri Jablyanov, Bolqarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Həmid Həmid və sədr müavini Dimitr Qeorgiyev, Bolqarıstanın Ticarət və Sənaye Palatasının baş katibi Vasil Todorov, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının Mərkəzi Asiya üzrə regional meneceri Yordan Karamalakov, Bolqarıstanın Xarici İşlər, İqtisadiyyat, Energetika, Nəqliyyat İnformasiya Texnologiyaları və Rabitə nazirliklərinin nümayəndələri, avia və turizm şirkətlərinin təmsilçiləri, turoperatorlar və Bolqarıstanın Milli Televiziya, Bloomberg TV Bolqarıstan, “Bulgaria On Air” daxil olmaqla 10-a yaxın KİV nümayəndələri iştirak edib.

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Bolqarıstanın turizm nazirinin müavini İrena Qeorqiyeva və “Buta Airways” şirkətinin direktoru Cəmil Manizadə çıxış ediblər.

Səfir Nərgiz Qurbanova iki ölkə arasında yüksək səviyyəli strateji tərəfdaşlığın mövcudluğunu vurğulayaraq Azərbaycan ilə Bolqarıstan əlaqələrində nəqliyyat sahəsinin prioritet istiqamətlərdən hesab edildiyini bildirib. Ölkəmiz tərəfindən və onun iştirakı və maliyyələşdirilməsi ilə həyata keçirilən beynəlxalq nəqliyyat layihələrindən söz açan səfir bu il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı və bu layihənin Bolqarıstan və daha geniş coğrafiya ölkələrinə faydası, eləcə də Azərbaycanın qatıldığı, Bolqarıstanın isə müşahidəçi statusunda iştirak etdiyi “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi haqqında tədbir iştirakçılarını məlumatlandırıb. N.Qurbanova ölkəmizin turizm potensialı barədə məlumat verərək hər iki tərəfin açılacaq reysdən həm də tranzit məqsədilə faydalana biləcəyini vurğulayıb. “Buta Airways” şirkətinin Avropa İttifaqı xaricindən Bolqarıstana uçan ilk aşağıbüdcəli aviaşirkət olacağını, eləcə də “Buta Airways” şirkətinin Avropa İttifaqı ölkələri arasında birinci məhz Bolqarıstana uçacağını qeyd edən səfir Bakı ilə Sofiya arasında birbaşa hava əlaqəsinin iki ölkə arasında siyasi, mədəni, biznes və iqtisadi əlaqələrin gücləndirilməsinə töhfə verəcəyini bildirib.

Nazir müavini İrena Qeorqiyeva Bolqarıstanın turizm potensialından, eləcə də son illərdə bu sahənin intensiv inkişafından bəhs edərək ölkəsinin Azərbaycan üçün maraqlı turizm istiqaməti olacağını, birbaşa hava əlaqəsinin iki ölkə arasında turizmin daha da inkişaf etdirilməsinə töhfə verəcəyini qeyd edib. O, Bolqarıstanın Turizm Nazirliyinin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə həm ikitərəfli əsasda, həm də Ümumdünya Turizm Təşkilatı daxil olmaqda çoxtərəfli formatda sıx əməkdaşlıq etdiyini bildirib. Hər iki ölkədə təşkil olunan turizm sərgilərində müqabil tərəfin fəal iştirakının alqışlandığını qeyd edən nazir müavini cari ilin aprel ayında Bakıda keçirilmiş XVII Azərbaycan Beynəlxalq Səyahət və Turizm Sərgisində Bolqarıstanın milli stendlə təmsil olunduğu və bu stendin Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən ziyarət edildiyini xüsusi vurğulayıb.

“Buta Airways” şirkətinin direktoru Cəmil Manizadə “Buta Airways” aviaşirkətin artıq 1 ildir ki, yaradıldığını, bu müddət ərzində şirkətin təhlükəsiz, müntəzəm və kommersiya cəhətdən cəlbedici xidmət təklif edərək kifayət qədər nailiyyətlər əldə etdiyini qeyd edib. Bakı-Sofiya-Bakı birbaşa hava əlaqəsinin açılması ilə bağlı hazırda aparılan işlər barədə məlumat verən C.Manizadə bu reysin uğurlu və davamlı olacağına ümidini ifadə edib.

Daha sonra “Buta Airways” şirkətinin nümayəndələri şirkət, onun fəaliyyəti, Heydər Əliyev Beynəlxalq aeroportu, eləcə də həyata keçiriləcək uçuş haqqında tədbir iştirakçılarını ətraflı məlumatlandırıblar. Tədbir “SilkWay Travel” şirkətinin Azərbaycanın turizm potensialını əhatə edən təqdimatı və iştirakçılar üçün hədiyyələr nəzərdə tutan lotereya ilə davam etdirilib. Nahar zamanı isə Azərbaycan şərab və şirniyyatların dequstasiyası təşkil edilib.

Bakı-Sofiya-Bakı birbaşa reysin təbliğatı məqsədilə səfirlik tərəfindən aparılan fəaliyyət çərçivəsində səfir Nərgiz Qurbanova Bolqarıstanın aparıcı “Bloomberg TV Bulgaria” telekanalının “İnkişafda” adlanan verilişinə müsahibə verib. Müsahibə zamanı səfir enerji sahəsində əməkdaşlığın Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin aparıcı sahə olduğuna diqqət çəkərək iki ölkə arasında imzalanmış sazişə əsasən 2020-ci ildə təchizatın başlanması planlaşdırılan illik 1 milyard kubmetr Azərbaycan qazının Bolqarıstanın qaza olan tələbatının 1/3 hissəsini ödəyəcəyini qeyd edib. 2015-ci ildə Azərbaycanla Bolqarıstan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamənin vacibliyini vurğulayan diplomat bu sənədin ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratdığını bildirib. Nəqliyyatın prioritet sahələrdən biri olduğu, Bolqarıstanın Azərbaycan tərəfindən Avropa İttifaqı bazarına giriş kimi qiymətləndirildiyini, Azərbaycanın isə Bolqarıstan üçün Mərkəzi Asiya regionuna çıxış imkanı yaratdığını bildirən səfir Bakı-Tbilisi-Qars (BTK) dəmir yolunun açılışı və dəmir yolunun Asiya ilə Avropa arasında yük və sərnişindaşımaları üçün açdığı tarixi imkanlardan bəhs edib. Səfir Avropa İttifaqının BTK ilə bağlı bəyanatında Bolqarıstanın xüsusi vurğulandığını qeyd edib, bu ölkənin müşahidəçi qismində iştirak etdiyi “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi barədə məlumat verib, İKT, turizm, kənd təsərrüfatı sahəsində mövcud imkanlardan bəhs edib.

Müsahibə zamanı səfir həmçinin bildirib ki, Bakı-Sofiya-Bakı aviareysinin açılması yalnız iki ölkənin avia qurumları arasında əməkdaşlığın yaradılması deyil, həm də insanların bir araya gətirilməsi, ideya mübadiləsi, müxtəlif layihələrin birgə həyata keçirilməsi, iki ölkənin yaxınlaşması deməkdir. 2016-cı ildə 16 min Azərbaycan turistinin Bolqarıstana və 1300-ə yaxın bolqar turistin Azərbaycana səfər etdiyi bildirilib, açılacaq reysin həm iki ölkədə turizmin inkişafı, həm də ölkələrin tranzit potensialının genişlənməsinə töhfə verəcəyi qeyd olunub.

Verilişdə həmçinin turizm sahəsinə diqqət ayrılıb. Səfir Azərbaycanın təbiəti, qonaqpərvərliyi, ölkədə mövcud turizm növləri, mövcud infrastruktur və şərait barədə ətraflı məlumat verib. Diplomat qeyd edib ki, Bolqarıstan Azərbaycan turistləri üçün cəlbedici istiqamətdir və onlar Bolqarıstanda çimərlik, xizək, balneologiya, mədəni turizm və digər istirahət mərkəzlərinin mövcudluğu barədə məlumatlıdırlar.

Səfirliyin fəaliyyətində Azərbaycanın turizm sahəsinin Bolqarıstanda təbliğinə xüsusi diqqətin ayrıldığını qeyd edən N.Qurbanova 2017-ci ilin fevral ayında “Holiday&SPA EXPO” adlı XXXIV Beynəlxalq Turizm Sərgisi, aprel ayında Veliko Tırnovo şəhərində keçirilmiş “Mədəni Turizm” adlı XIV Beynəlxalq Turizm Sərgisində ölkəmizin təmsil olunduğunu bildirib. Bundan əlavə, Bolqarıstanın Plovdiv şəhərində keçirilən “VINARIA” XXV Beynəlxalq Üzümçülük və Şərab İstehsalı Sərgisi çərçivəsində baş tutmuş müsabiqədə “Hillside” qırmızı turş şərabın gümüş medala və sertifikata layiq görüldüyü, bundan əlavə dekabrın 2-də keçirilmiş 5-ci Balkan Rakia və Spirtli İçkilər festivalı çərçivəsində Azərbaycan istehsalı olan spirtli içkilərin təqdimatının keçirildiyi diqqətə çatdırıb. Sonda səfir ölkəmizdə mədəni-tarixi irsin və ətraf mühitin qorunması istiqamətində aparılan siyasət və görülən tədbirlər haqqında məlumat verib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Bolqarıstanda Azərbaycanın turizm potensialının təşviqi kampaniyası davam edir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Suraxanı və Qaradağın bəzi ərailərinin qaz təchizatında fasilə olacaq

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO