Bolqarıstanda koronavirusa yoluxanların sayı artır
Sofiya, 17 sentyabr, AZƏRTAC
Bolqarıstanda koronavirusa yoluxanların sayı artmaqda davam edir. AZƏRTAC virusla əlaqədar yaradılan operativ qərargaha istinadla xəbər verir ki, son 24 saat ərzində 174 nəfər virusa yoluxub. Yoluxanların ümumi sayı 18 min 390 nəfərdir. Hazırda xəstəxanada 734 nəfər, reanimasiya bölməsində isə 46 nəfər yerləşir. Sağalanların sayı 13 min 241 nəfər, ölənlərin sayı 739 nəfərdir. Qeyd edək ki, Bolqarıstan hökuməti vətəndaşları məsafə saxlamağa, sanitar normalara riayət etməyə çağırır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]