Bolqarıstanla Rumıniya Avropa İttifaqında yanğınsöndürməyə ayrılan xərclərə görə ön yerlərdədir
Buxarest, 5 may, AZƏRTAC
Avropa İttifaqı ölkələri arasında yanğınsöndürmə xidmətlərinə ümumi hökumət xərclərindən Danimarkada 0,1 faiz, Maltada 0,2 faiz, Rumıniyada 0,7 faiz, Bolqarıstanda 0,8 faiz vəsait ayrılır.
Avropanın statistika agentliyinin məlumatına əsasən, 2017-ci ildə Rumıniyada 470 milyon avro yanğınsöndürmə xidmətlərinə ayrılıb. Bu, ÜDM-in 0,3 faizi və hökumət xərclərinin isə 0,7 faizi deməkdir. Çexiyada bu rəqəm 478 milyon avro, Yunanıstanda 512 milyon avro, Polşada 878 milyon avro təşkil edir. İrlandiyada daha az - 224 milyon avro, Macarıstanda isə 291 milyon avro yanğınsöndürmə xidmətinə ayrılıb.
Avropa İttifaqı ölkələri 2017-ci ildə yanğınların söndürülməsinə 31,2 milyard avro sərf edib. 2017-2018-ci illərdə 300 min nəfər yanğınsöndürən kimi işə götürülüb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]