Bosniya və Herseqovinada Drina çayının səthi tullantılarla örtülüb
Sarayevo, 15 yanvar, AZƏRTAC
Bosniya və Herseqovinada Drina çayının ölkənin şərqindəki Vişeqrad şəhərindən keçən hissəsi zibil və plastik tullantılarla örtülüb.
AZƏRTAC xəbər verir ki, bu, ekofəalların narazılığına səbəb olub, hazırkı vəziyyət “ekoloji fəlakət” kimi qiymətləndirilib. Bildirilir ki, çayın səthindəki tullantıların qida zəncirinə daxilolma ehtimalı var və bu, ciddi mənfi nəticələrə səbəb ola bilər.
Ekoloqların fikrincə, çaydakı vəziyyət Bosniya və Herseqovina, Serbiya və Monteneqronun ümumi problemidir. Bunun qısamüddətli deyil, uzunmüddətli həll yolu tələb etdiyi vurğulanıb.
Son vaxtlar güclü yağışlardan sonra çayın səviyyəsi qalxıb, ətrafdakı zibil və tullantılar suyun səthində toplanıb. Nəticədə çayın səthi zibil, müxtəlif plastik və digər tullantılarla örtülüb.
Hazırda çayın tullantılardan təmizlənməsi üçün müxtəlif qurğulardan və avadanlıqlardan istifadə edilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
- 06.06.2026 [12:53]
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]