Böyük Britaniya hərbi kontingentini Əfqanıstandan çıxaracaq
Bakı, 14 aprel, AZƏRTAC
Böyük Britaniya hərbi kontingentinin demək olar ki, hamısını Əfqanıstandan çıxaracaq.
AZƏRTAC “Times” qəzetinə istinadla xəbər verir ki, hazırda Birləşmiş Krallığın Əfqanıstanda 750 nəfərlik hərbi kontingenti var. Britaniyalı hərbçilər bu ölkədə ABŞ-ın bazalarından və infrastrukturundan asılı olduğu üçün Amerika qoşunlarının yoxluğu onlar üçün çətinlik yaradacaq.
Böyük Britaniyalı hərbçilərin əfqan əsgərlərin təlimi ilə məşğul olduğu Kabil şəhərindəki akademiyaya nəzarət isə Əfqanıstan hökumətinə təhvil veriləcək.
Bu ərəfədə Ağ evdən bildiriblər ki, ABŞ Prezidenti Cozef Bayden Amerika qoşunlarını sentyabrın 11-dək Əfqanıstandan çıxarmaq niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]