Böyük Britaniya ilə Avropa İttifaqı arasında Brexit müqaviləsinin danışıqları davam edir
London, 27 oktyabr, AZƏRTAC
Böyük Britaniya ilə Avropa İttifaqı (Aİ) arasında Brexit müqaviləsinin danışıqları davam edir.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə Aİ-nin Brexit üzrə baş müzakirəçisi Mişel Barniyer danışıqları davam etdirmək üçün Londona səfər edəcək. Krallığın danışıqlar masasından uzaqlaşdığı qısa bir fasilədən sonra, hər iki tərəf ortaq dil tapmaq üçün bir araya gələcək.
Xatırladaq ki, Böyük Britaniya Parlamentinin İcmalar Palatası Daxili Bazar Qanununu təsdiqlədikdən sonra Aİ Krallığa qarşı qanuni əməliyyat başladıb. Aİ rəsmiləri qanun layihəsinin beynəlxalq hüququn və Brexit sazişinin birtərəfli pozulması olduğunu söyləyiblər. Avropa Komissiyası başçısı Ursula von der Leyen, Britaniyadan problemli saydıqları müddəaların sentyabr ayının sonuna qədər müqavilədən çıxarılmasını istəyib. Britaniyanın bu tələbləri yerinə yetirmədiyini bildirən komissiya başçısı, “Layihənin bu şəkildə qəbul edilməsi İrlandiya və Şimali İrlandiyanın protokoluna ziddir” deyib.
Aİ məsələni birliyin ən yüksək məhkəmə orqanı olan Avropa Ədalət Məhkəməsinə gətirə bilər. Britaniya Aİ-dən çıxsa da, keçid dövründə məhkəmənin qərarlarına əməl etmək məcburiyyətindədir.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]
İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?
- 10.08.2026 [13:07]
Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib
- 10.08.2026 [13:05]
Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb
- 10.08.2026 [12:49]
Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb
- 10.08.2026 [11:59]
Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB
- 10.08.2026 [11:40]
Dünya ictimaiyyəti avqustun 10-da üç beynəlxalq günü qeyd edir
- 10.08.2026 [10:58]
Qərbi Avropada iyun və iyul ayları rekord istilərlə yadda qalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]