Böyük Britaniyada irqçiliyə qarşı etiraz aksiyaları keçirilib
London, 7 iyun, AZƏRTAC
Böyük Britaniyada minlərlə insan irqçiliyə qarşı etiraz aksiyaları keçirib.
AZƏRTAC xəbər verir ki, etiraz aksiyaları London, Mançester, Kardiff, Leister və Şeffild şəhərlərində təşkil olunub.
Aksiya iştirakçıları əvvəlcə, diz çökərək afroamerikalı Corc Floydun xatirəsini yad ediblər.
Mitinq zamanı “Ədalət yoxdur, sülh yoxdur”, “Qara talelər əhəmiyyətlidir” kimi şüarlar səsləndirilib.
Dinc şəkildə davam edən aksiya, Baş Nazirin əyləşdiyi Dauninq küçəsində keçirilən zaman iğtişaşlar yaşanıb.
Hadisələr nəticəsində 14 nəfər həbs olunub, 10 zabit isə yaralanıb.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]