Böyük Britaniyada koronavirusun Cənubi Afrikada mutasiya edilmiş növünə rast gəlinib
London, 2 fevral, AZƏRTAC
Böyük Britaniyada koronavirusun Cənubi Afrikada mutasiya edilmiş E484K növünə rast gəlinib.
Hökumət ölkədə bu növə rast gəlindikdən sonra bəzi bölgələrdə təcili olaraq COVID-19 testlərinin aparılmasına qərar verib.
Mutasiyaya uğramış virus Sarri bölgəsində yaşayan iki nəfərdə müşahidə olunub.
Araşdırmalar zamanı bu insanların yaxın vaxtlarda səyahət etmədikləri öyrənilib.
Hökumət London, Kent, Hertforşayr, Valsal və bəzi digər bölgələrə simptomları olmayanlar da daxil olmaqla hər kəsi testdən keçməyə çağırıb. Vokinq şəhərindəki bütün evlərə koronavirus test dəstləri göndərilib.
Xatırladaq ki, ölkədə Cənubi Afrikada mutasiya edilmiş koronavirus növünə rast gəlindikdən sonra yeni səyahət qadağaları qoyulub.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]