Böyük Britaniyada meymunçiçəyinin yeni ştamı aşkarlanıb
London, 30 oktyabr, AZƏRTAC
Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) Londonda meymunçiçəyinin “Clade 1b” adlı ştamının aşkarlandığını bildirib.
AZƏRTAC xəbər verir ki, xəstə “Royal Free Hospital”ın yüksək riskli infeksion xəstəliklər bölməsinə köçürülüb. Xəstə son zamanlar bu ştamın yayıldığı Afrika ölkələrinə səyahət edibmiş.
Meymunçiçəyinin “Clade 1b” ştamı Böyük Britaniyada ilk dəfə aşkarlanıb. Almaniya bu ayın əvvəlində “Clade 1b” virusuna ilk yoluxmanın baş verdiyini bildirmişdi.
Qeyd edək ki, bu vaxtadək Afrikada “Clade 1b” ştamından azı min nəfər ölüb.
“Clade 1b” ştamı meymunçiçəyinin 2022-ci ildən Böyük Britaniyada yayılan ştamlarından fərqli variantdır və onun daha ağır xəstəliyə səbəb olduğu düşünülür.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]