Böyük Britaniyada sığınacaq alanların ailə üzvləri ilə bağlı qaydalar sərtləşdirilir
London, 1 sentyabr, AZƏRTAC
Böyük Britaniyanın daxili işlər naziri İvet Kuper ölkədə sığınacaq alan şəxslərin ailə üzvlərini gətirmələri ilə bağlı qaydaların sərtləşdiriləcəyini elan edəcək.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, sentyabrın 1-də işinə başlayan parlamentdə çıxışı zamanı nazir bununla bağlı yeni meyarları açıqlayacaq. Buraya ingilis dili ilə və maliyyə ilə əlaqədar tələblər daxil olacaq. Nazir, həmçinin sığınacaq müraciətlərinə dair apellyasiya sistemində də islahatların planlaşdırıldığını bildirib. İvet Kuper hesab edir ki, Avropadakı siyasi dəyişikliklər fonunda Böyük Britaniyanın mövcud qaydaları qonşu ölkələrlə uzlaşmır və buna görə də məhdudiyyətlər zəruridir.
Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən, Böyük Britaniyada sığınacaq alan şəxslər ailə üzvlərini də bu ölkəyə gətirə bilirlər.
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]