Böyük Qafqazın əksər çaylarında qısamüddətli daşqın olmuşdur
Bakı, 23 iyun (AZƏRTAC). İyunun 22-də axşam saatlarından başlayaraq yağan leysan yağışlar nəticəsində Böyük Qafqazın əksər çaylarında sululuq kəskin artmış, Türyançay, Ağçay, Hamamçay və Kümükçaydan qısamüddətli daşqın keçmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, hazırda sululuq Quba-Xaçmaz bölgəsi çaylarında ongünlük normanın 170-455, Balakən-Şəkidə 90-202, Lənkəran-Astarada 100-450, Kiçik Qafqazda 65-90, Naxçıvan MR çaylarında isə 135 faizini təşkil edir.
Suyun səviyyəsi Kür çayının aşağı axınındakı Surra məntəqəsində 545, Şirvanda 474, Salyanda 515, Bankədə 327, Araz çayının Novruzlu məntəqəsində isə 315 santimetr olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]