“Böyük Qayıdış” Proqramı çərçivəsində ekoloji maarifləndirici görüşlər keçirilib
Bakı, 18 fevral, AZƏRTAC
“Böyük Qayıdış” Proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) regional idarəsinin əməkdaşları tərəfindən ekoloji maarifləndirici görüşlər təşkil edilib.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Laçın rayonunun Zabux kənd və Cəbrayıl rayonunun M.Mehdizadə adına tam orta məktəblərinin şagirdləri üçün keçirilən görüşlər zamanı ətraf mühitin qorunmasının vacibliyi, təbii ehtiyatlardan səmərəli istifadə, tullantıların düzgün idarəolunması, biomüxtəlifliyin qorunması istiqamətində görülən işlər barədə məlumat verilib. Tədbirin sonunda şagirdlərlə fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.
Görüşlərin keçirilməsində əsas məqsəd məktəblilərdə təbiətə qayğı, ekoloji məsuliyyət, ekoloji davranış vərdişlərini formalaşdırmaq, onları ətraf mühitin qorunmasına təşviq etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [12:54]
Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
- 06.08.2026 [14:27]
Azərbaycanda zubrların sayı 89-a çatıb
- 06.08.2026 [12:41]
Sabahın hava proqnozu açıqlanıb
- 06.08.2026 [10:07]
Bəzi rayonlarda yağış yağıb, hazırda Bakıda və bölgələrdə külək əsir
- 05.08.2026 [17:01]
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti məlum olub
- 05.08.2026 [15:51]