Böyük Qayıdışa həsr edilmiş musiqili fləş-mob keçirilib
Bakı, 30 sentyabr, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhərində pianoçu, Əməkdar artist Emil Əfrasiyabın iştirakı, Ağdam rayonu Xan Şuşinski adına Muğam Uşaq Musiqi Məktəbinin dəstəyi ilə musiqili fləş-mob keçirilib.
AZƏRTAC xəbər verir ki, musiqisi Rauf Hacıyevə, sözləri Ənvər Əlibəyliyə məxsus “Azərbaycanım” mahnısının sədaları ətrafa yayılıb, xalqımızın qələbə sevinci, Böyük Qayıdışın qüruru bu musiqi parçasında aydın şəkildə ifadə olunub.
Məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması çərçivəsində həmin fləş-mob haqqında hazırlanmış videoçarxı təqdim edirik: https://www.youtube.com/watch?v=3f-4OsTvC5k
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2026 [16:54]
AZƏRTAC-da Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub
- 08.05.2026 [16:43]
WUF13 öncəsi “Bakı şəhərsalma həftəsi” təşkil ediləcək
- 08.05.2026 [16:20]
Şabranda vətəndaşların müraciətləri dinlənilib
- 08.05.2026 [16:15]