Azərbaycanın çimərlik güləşi yığması yeni mövsümə Vyetnamda start verir
Bakı, 8 may, AZƏRTAC
Mayın 9-10-da Vyetnamın Dananq şəhərində böyüklər arasında Dünya Seriyasının ilk mərhələsi keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, kişilərin yarışında 4 çəki üzrə 14 ölkədən 40 idmançının iştirakı nəzərdə tutulur. Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Dünya Seriyasında ölkəmizi Rübail İbrahimli (70 kiloqram), Vüsal Əliyev, Sahib Dadaşov (hər ikisi 80 kiloqram) və Əşrəf Aşırov (90 kiloqram) təmsil edəcəklər.
Sabah qrup mərhələsinin ilk 2 turu baş tutacaq. Növbəti gün isə sonuncu tur, yarımfinal və medal görüşləri keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2026 [15:46]
Veteran futbolçu: Ulu Öndərin idmana diqqət və qayğısı hər zaman yüksək olub
- 08.05.2026 [14:30]
Milli komandanın voleybolçusu ilə müqavilənin müddəti uzadılıb
- 08.05.2026 [13:55]
Azərbaycan və Özbəkistan futbol sahəsində əməkdaşlığı gücləndirir
- 08.05.2026 [13:32]
“Sabah”a çempionluq kubokunun təqdim olunacağı tarix müəyyənləşib
- 08.05.2026 [12:55]