Liviyada ən böyük neft emalı zavodu işini dayandırıb
Bakı, 8 may, AZƏRTAC
Liviyanın Zaviyə şəhərindəki ən böyük neft emalı zavodu toqquşmalar səbəbindən fəaliyyətini dayandırıb.
AZƏRTAC xəbər verir ki, “Əl Marsad” portalının məlumatına görə, rəhbərlik “təhlükəsizlik məqsədilə neft emalı zavodunun işini tamamilə dayandırıb və yanacaq çənlərini boşaldıb”. Toqquşmalar nəticəsində kompleksin ərazisinə bir neçə iriçaplı mərmi düşüb, lakin istehsal gücünə təsir etməyib.
Cümə günü səhər saatlarında neft emalı zavodunun yaxınlığında toqquşmalar baş verib. Bundan əvvəl Zaviyənin təhlükəsizlik idarəsi bölgədəki cinayətkar qruplara qarşı genişmiqyaslı əməliyyatın başladığını elan edib.
Portalın dərc etdiyi açıqlamaya görə, bütün tədbirlər “qanunvericiliyə uyğun olaraq və Baş prokurorluğun nəzarəti altında” həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]