Qəzzanın bərpası onilliklərlə çəkə bilər: cəmi 1 faiz təmizlik işi aparılıb
Bakı, 8 may, AZƏRTAC
Qəzza zolağında binaların dağıntıları altında hələ də azı 8 min cəsəd qalıb və onların çıxarılması avadanlıq və texnika çatışmazlığı səbəbindən çətinləşir.
AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin "The National" qəzeti yerli mülki müdafiə təşkilatının nümayəndəsi Mahmud Bassala istinadla məlumat yayıb. Onun sözlərinə görə, mövcud avadanlıqlar çox köhnəlib və ikiillik hərbi əməliyyatlar nəticəsində yaranmış genişmiqyaslı dağıntıların öhdəsindən gələ bilmir. “Rəqəmlər daha yüksək ola bilər. Hər gün yeni adlar üzə çıxır”, - deyə Bassal bildirib.
BMT-nin məlumatına əsasən, Qəzza zolağında dağıntıların miqdarı 61 milyon tondan çoxdur və indiyədək tikinti tullantılarının 1 faizdən də azı təmizlənib. İsrailin minlərlə hava hücumu, yerüstü hərbi əməliyyatları və nəzarət edilən partlayışlar anklavda 123 mindən çox binanı dağıdıb, daha 75 min bina isə zədələnib.
“The Wall Street Journal” nəşrinin hesablamalarına görə, Qəzzada dağıntıların təmizlənməsinə təxminən 1 trilyon dollar vəsait lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2026 [17:34]
İsveçdə uşaqlarda fıstığa olan allergiya hallarını azaltmağın yolu tapılıb
- 08.05.2026 [17:25]
Botsvananın sabiq Prezidenti 86 yaşında vəfat edib
- 08.05.2026 [17:15]
Bolqarıstanda yeni hökumət formalaşıb
- 08.05.2026 [17:10]
Gürcüstanda hüquq-mühafizə orqanlarının 5 əməldaşı həbs olunub
- 08.05.2026 [16:56]
Myanmada 2,2 kiloqram ağırlığında yaqut tapılıb
- 08.05.2026 [16:35]