Braziliya millisi qarşıdakı oyunlarda Rafinyasız oynayacaq
Bakı, 21 iyun, AZƏRTAC
Braziliya millisi və İspaniyanın "Barselona" klubunun cinah hücumçusu Rafinya zədələnib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, 27 yaşlı futbolçuya sağ budun əzələ zədəsi diaqnozu qoyulub. Bu səbəbdən o, Braziliya millisinin qarşıdakı rəsmi oyunlarında komandasına kömək edə bilməyəcək.
Rafinya Braziliya-Haiti oyununda ilk hissədə zədələnərək əvəzlənmişdi.
Qeyd edək ki, Braziliya millisi dünya kubokunda Mərakeşlə 1-1 hesablı heç-heçə edib, Haiti üzərində 3-0 hesablı qələbə qazanıb. Karlo Ançelottinin yetirmələri növbəti turda Şotlandiya ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]