Braziliya Qran-Prisinin Rio-de-Janeyroda keçirilməsi imkanları nəzərdən keçirilir
Bakı, 21 noyabr, AZƏRTAC
Formula 1-in icraçı direktoru Çeyz Keri Braziliyanın Rio-de-Janeyro şəhərinə səfər edib.
AZƏRTAC “GPBlog” saytına istinadla xəbər verir ki, səfərdə məqsəd Formula 1 yarışlarının Braziliya Qran-Prisi mərhələsinin bu şəhərdə keçirilməsi imkanlarını qiymətləndirmək olub.
Bundan əvvəl Formula 1 rəhbərliyinin Braziliya Qran-Prisi təşkilatçılarından iki il müddətinə üzvlük haqqı almayacağı barədə xəbərlər yayılıb. Formula 1 rəhbərliyinin İnterlaqos trası üzrə hazırkı kontraktı 2020-ci ildə başa çatır.
Qeyd edək ki, Braziliya Qran-Prisi əvvəllər Rio-de-Janeyrodakı trasda keçirilib. Lakin 2016-cı il Olimpiya Oyunları ərəfəsində burada yerləşən avtodrom fəaliyyətini dayandırıb. San-Paulu şəhərinin meri Joao Doria isə vurğulayıb ki, Braziliya Qran-Prisinin başqa şəhərdə keçirilməsi barədə xəbərlər KİV-lər tərəfindən uydurulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]