Braziliya Senatına spiker seçilib
Madrid, 2 fevral, AZƏRTAC
Braziliya Demokratlar Partiyasından olan senator Rodriqo Paçeko 57 səs toplayaraq, ölkə Senatının spikeri seçilib. O, qarşıdakı iki il ərzində bu vəzifəni yerinə yetirəcək.
AZƏRTAC xəbər verir ki, Minas-Jerays ştatından olan senator Rodriqo Paçeko öz namizədliyini irəli sürüb və seçkiqabağı kampaniyasında Braziliyaya azadlıq, demokratiya, sosial və iqtisadi sabitlik zəmanəti, həmçinin respublika qanunlarına və Konstitusiyasına müvafiq olaraq hüquqi təhlükəsizlik vəd edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]