“Brexit” Britaniya iqtisadiyyatına 140 milyard funt-sterlinqə başa gəlib
Bakı, 12 yanvar, AZƏRTAC
Böyük Britaniya iqtisadiyyatı “brexit” səbəbindən demək olar ki, 140 milyard funt-sterlinq (178,7 milyard dollar) və ya ümumdaxili məhsulun 6 faizini itirib.
AZƏRTAC xəbər verir ki, bunu London meri Sadiq Xan deyib. Onun sözlərinə görə, ölkənin Avropa İttifaqını tərk etməsi paytaxt iqtisadiyyatına 30 milyard funt-sterlinqdən çox zərər vurub.
“Brexit arxada qoya biləcəyimiz kiçik problem deyil. O, ən çətin vaxtlarda insanların və müəssisələrin imkanlarının, biznesinin və gəlirlərinin itkisinə səbəb olan mövcud böhranının əsas səbəbidir”, - deyə Sadiq Xan bildirib.
Qeyd olunub ki, 2023-cü ildə hər britaniyalı “brexit” səbəbindən orta hesabla təxminən 2 min, Londonun hər bir sakini isə 3 min 400 funt-sterlinq itirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]