Britaniya Kralı iğtişaşlardan sonra əhalini birliyə və qarşılıqlı anlaşmaya çağırıb
Bakı, 10 avqust, AZƏRTAC
Kral Çarlz Böyük Britaniyada müsəlmanları və miqrantları hədəf alan irqçi iğtişaşlardan sonra əhalini qarşılıqlı hörmət və anlaşmaya çağırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə cümə günü, avqustun 9-da Bukingem sarayının nümayəndəsi məlumat verib. Bu, iğtişaşlar keçən həftə başlayandan bəri monarxın vəziyyətə ilk münasibətidir.
Kral polisə və fövqəladə hallar xidmətlərinə asayişi bərpa etmək səylərinə görə təşəkkür edib və icma təşkilatlarının bir neçə nəfərin təcavüzü və cinayətinə qarşı mübarizəsini alqışlayıb.
Sözçü Kral Çarlzın Baş nazir Kir Starmer və polis rəisləri ilə telefon danışığından sonra deyib: “Əlahəzrət Kral ümumi qarşılıqlı hörmət və anlaşma dəyərlərinin gələcəkdə də milləti gücləndirməyə və birləşdirməyə davam edəcəyinə ümid edir”.

İğtişaşlar iyulun 29-da İngiltərənin şimal-qərbindəki Sautportda bıçaqlı hücumda 3 qızı qətlə yetirdiyi iddia edilən şəxsin guya müsəlman miqrant olması barədə məlumatların internetdə yayılmasından sonra başlayıb.
Hökumət sosial media şirkətləri üçün qaydaları sərtləşdirməyi nəzərdən keçirir.
Ardıcıl üçüncü gündür ki, Krallığın bir neçə yerində irqçilik əleyhinə nümayişçilərin sayı miqrant əleyhinə nümayişçilərdən xeyli çoxdur.
İğtişaşlarla bağlı avqustun 9-da verilən məlumata görə, axşam saatlarında 741 nəfər həbs edilib və 302 nəfərə qarşı ittiham irəli sürülüb. Hökm edilənlərdən ikisi sosial şəbəkələrdəki paylaşımlarında irqi ədavəti qızışdırdıqlarına görə həbs olunub. Polis həbslərin bir neçə ay davam edəcəyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]