Britaniyada növbəti həftədən ibadət yerləri açılacaq
London, 7 iyun, AZƏRTAC
Böyük Britaniyada növbəti həftədən etibarən ibadət yerləri fəaliyyətə başlayacaq.
AZƏRTAC xəbər verir ki, gələn həftə elan olunması planlaşdırılan hökumət planına əsasən, kilsə, məscid, sinaqoq və məbədlərin fərdi ibadət üçün açılmasına icazə veriləcək. Bu qərar iyunun 15-dən qüvvəyə minəcək tədbirlərlə birgə həyata keçiriləcək.
Şimali İrlandiyada artıq fərdi ibadətlərə icazə verilsə də, Şotlandiya və Uelsdə bu qanun tətbiq olunmur.
Baş Nazir Boris Consonun çərşənbə axşamı günü planlaşdırılan iclası zamanı qaydaları yeniləməsi gözlənilir. Hökumətin tətbiq etdiyi mərhələli şəkildə karantindən çıxma qanununa əsasən, hər 2 həftədən sonra yeni qaydalar elan edilir.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]