Brüssel Aİ ölkələrinin Ukraynaya silah tədarükünün auditinə başlayıb
Bakı, 16 yanvar, AZƏRTAC
Brüssel Kiyevin silah tədarükü ilə bağlı öhdəliklərin yerinə yetirilmədiyi barədə iddialarından sonra Avropa İttifaqı ölkələrinin Ukraynaya verdiyi silahların auditinə başlayıb.
AZƏRTAC “Financial Times” qəzetinə istinadla xəbər verir ki, Avropa Xarici Əlaqələr Xidməti Aİ üzvü olan ölkələrin Ukraynaya nə qədər silah göndərdiyini yoxlayacaq. Audit üzv dövlətlərin təqdim etdiyi materiallar əsasında aparılacaq. Brüsselin belə yanaşması artıq bəzi ölkələrdə etirazlara səbəb olub. Avropa Xarici Əlaqələr Xidməti fevralın 1-də keçiriləcək sammit öncəsi audit məlumatlarını ictimaiyyətə çatdırmağı planlaşdırır.
Qeyd edək ki, auditin keçirilməsi barədə qərar Almaniya Kansleri Olaf Şoltsun Aİ ölkələrinin Kiyevə hərbi təchizatlarını hesablamaq və müqayisə etmək tələbindən sonra verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]