ELM VƏ TƏHSİL
BŞTİ 20 nömrəli məktəb-liseyin bufetində toyuq əti yeyən uşaqların vəziyyətini açıqlayıb
Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin bufetində toyuq əti yeyən uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub. Məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım çağırılıb, şagirdlər dərhal müvafiq səhiyyə müəssisəsinə çatdırılıb.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə də məlumat verilib. Hazırda uşaqların vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, məktəb-liseydə iaşə xidmətini “Tais ikf” MMC təşkil edir. İaşə xidməti göstərən həmin şirkətin fəaliyyətinə aidiyyəti qurumlar tərəfindən müvafiq nəzarət olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.05.2024 [17:46]
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir
- 11.05.2024 [15:10]
“Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 200 mini ötüb
- 11.05.2024 [00:18]
İmtahanda ən yüksək nəticəni Laçın rayonundan olan şagird göstərib
- 10.05.2024 [20:14]
Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub
- 10.05.2024 [19:47]