BSU-da Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransı keçiriləcək
Bakı, 7 yanvar, AZƏRTAC
Aprelin 7-də Bakı Slavyan Universitetinin (BSU) təşkilatçılığı ilə I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransı keçiriləcək.
BSU-dan AZƏRTAC-a bildirilib ki, konfransın əsas məqsədi türkologiya elminin tarixi inkişaf mərhələlərinin və müasir istiqamətlərinin elmi müstəvidə müzakirə olunduğu, türk dilləri, türk xalqlarının ədəbiyyatı, tarixi, etnoqrafiyası və mədəni özünəməxsusluğu ilə bağlı aktual problemlərin araşdırıldığı beynəlxalq elmi platforma yaratmaqdır.
Tədbir türkologiyanın aktual məsələləri ətrafında elmi dialoqun qurulmasını, türk xalqları arasında akademik əməkdaşlığın gücləndirilməsini, ortaq tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsini və türk dillərinin müasir problemləri ilə inkişaf perspektivlərinin elmi əsaslarla dəyərləndirilməsini hədəfləyir.
Konfrans haqqında ətraflı məlumatı linki vasitəsilə əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:59]
Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır
- 10.08.2026 [15:29]
UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub
- 10.08.2026 [15:20]
BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə
- 10.08.2026 [14:31]
“Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr olunub
- 10.08.2026 [13:16]