Bu gün Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulacaq
Bakı, 27 aprel, AZƏRTAC
Bu gün Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, "Turan Tovuz" "Zirə"ni qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma 18:00-da başlayacaq. Bölgə klubu 55 xalla üçüncü, "qartallar" isə 45 xalla dördüncüdür.
Tura "Sabah" - "Karvan-Yevlax" görüşü ilə yekun vurulacaq.
"Bank Respublika Arena"da baş tutacaq matç saat 20:00-da start götürəcək.
Meydan sahibləri 69 xalla liderdir. Yevlax təmsilçisi isə 14 xalla sonuncu - 12-ci sıradadır.
Turun daha əvvəl reallaşan matçlarında "Sumqayıt" "İmişli"ni (2:0), "Şamaxı" "Kəpəz"i (2:0), "Qarabağ" "Neftçi"ni (5:1) üstələyib. "Qəbələ" - "Araz-Naxçıvan" oyunu heç-heçə başa çatıb - 1:1.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]