İDMAN
Bu gün EYOF-un basketbol yarışlarında qaliblər müəyyənləşəcək
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 27-də XV Avropa Gənclər Yay Olimpiya Festivalının basketbol yarışlarında qaliblərin adları məlum olacaq.
AZƏRTAC xəbər verir ki, qızların yarışında finalda Macarıstan və Fransa, üçüncü yer uğrunda görüşdə isə Rusiya və Çexiya seçmələri qarşılaşacaqlar. Yarışda 5-6-cı yerlər uğrunda oyunda Belçika və İtaliya, 7-8-ci yerlər uğrunda isə Türkiyə və Polşa milliləri güclərini sınayacaqlar.
Oğlanların mübarizəsində isə Türkiyə millisi çempion adı uğrunda İspaniya yığması ilə görüşəcək. Bürünc medal uğrunda qarşılaşmada Serbiya və Fransa basketbolçuları üz-üzə gələcəklər. Yunanıstan və Litva 5-6-cı, Azərbaycan və Xorvatiya yığmaları isə 7-8-ci yerlər uğrunda yarışacaqlar.
“EYOF Bakı 2019”un basketbol yarışları “Sərhədçi” İdman Olimpiya Mərkəzində və Avropa Azərbaycan Məktəbində keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]