Bu gün qadın voleybolçular arasında qitə birinciliyində Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşəcək
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Azərbaycanda və Gürcüstanda təşkil edilən qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində Bakıda, Milli Gimnastika Arenasında sonuncu pley-off görüşləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, altıncı yarış gününün ilk görüşünə saat 18:00-da Polşa-Türkiyə matçı ilə start veriləcək. Mübarizədən qalib ayrılan komanda sentyabrın 29-da Rusiya təmsilçiləri ilə yarımfinal uğrunda yarışacaq.
Bu gün saat 20:30-da başlayacaq pley-off mərhələsinin sonuncu oyununda isə Bolqarıstan və Almaniya kollektivləri üz-üzə gələcəklər. Cütün qalibi sentyabrın 29-da keçiriləcək dörddəbir final mərhələsində Azərbaycan yığmasının rəqibi olacaq.
Xatırladaq ki, sentyabrın 26-da keçirilən ilk pley-off mübarizələrində Belarus və Niderland milliləri növbəti mərhələyə yüksəliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:00]
UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyunu başlayıb
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]
Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB
- 26.09.2026 [20:21]