Bu gün “Qarabağ” klubu UEFA Avropa Liqasında üçüncü oyununa çıxacaq
Bakı, 25 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Oktyabrın 25-də Ağdamın “Qarabağ” klubu futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Ukraynanın “Vorskla” klubu ilə qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək. Matçın referisi Roi Raynşrayber olacaq. Danni Krasiku və David Elias Bitton yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.
Alon Yefet ilə Daniel Bar Natan əlavə köməkçi, Amihay Yehoşua Mozes isə dördüncü hakim olacaq.
Qarşılaşmanın hakim-inspektoru rusiyalı Sergey Zuyev, UEFA nümayəndəsi isə polşalı Kazimirj Olesjekdir.
“Qarabağ” ilk turda səfərdə “Sportinq”ə 0:2, növbəti görüşdə Bakı Olimpiya Stadionunda “Arsenal”a 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, görüş Bakı Olimpiya Stadionunda saat 20:55-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]