Bu gün Qırğızıstanda kütləvi vaksinasiyaya başlanılıb
Bişkek, 25 mart, АZƏRTAC
Bu gün Qırğızıstanda COVID-19 virusu ilə bağlı kütləvi vaksinasiyaya başlanılıb, peyvəndləmə zamanı Çinin “SinoPharm” vaksinindən istifadə olunur.
AZƏRTAC Qırğızıstan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, peyvəndləmə könüllülük əsasında həyata keçirilir.
Vurğulanır ki, ilk olaraq Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşenaliyev peyvənd olunub.
Qeyd olunur ki, vaksinasiya Bişkek şəhəri, Oş və Çuy vilayətlərindən başlanıb, Bişkek şəhərində beş, Oş və Çuy vilayətlərinin hər birində iki peyvəndləmə məntəqəsi yaradılıb.
Məlumatda bildirilir ki, ilk olaraq yaşı 65-dən çox olanlar, tibb və təhsil sahələrinin əməkdaşları və rəhbər heyəti, hüquq-mühafizə orqanlarının və güc strukturlarının nümayəndələri peyvənd olunacaq.
Peyvəndləmədən sonra keçirilən mətbuat konfransında nazir deyib ki, məncə bu vaksin daha səmərəlidir və indiyədək əks təsiri qeydə alınmayıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]
Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]