Bu gün UEFA Çempionlar Liqasının üçüncü turuna yekun vurulacaq
Bakı, 24 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Oktyabrın 24-də futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü turuna 8 oyunla yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, A qrupunda yer alan Belçikanın “Brügge” klubu doğma meydanda son zamanlar uğursuz çıxış edən Fransanın “Monako” komandasını qəbul edəcək. Qrupun digər oyununda A qrupunun lideri müəyyənləşə bilər. Həmin oyunda İspaniyanın “Atletiko Madrid” klubu səfərdə Almaniyanın “Borussiya Dortmunt” komandasının qonağı olacaq.
İki turdan sonra A qrupunda 6 xalı olan “Borussiya Dortmunt” və “Atletiko Madrid” birinci və ikinci yerləri bölüşürlər. Xalları olmayan “Brügge” və “Monako” üçüncü və dördüncü yerdədirlər.
Turun mərkəzi qarşılaşması B qrupunda yer alan İspaniya çempionu “Barselona” və İtaliyanın “İnter” komandaları arasında oynanılacaq. İngiltərənin “Tottenhem” komandası isə səfərdə Hollandiyanın PSV klubunun qonağı olacaq. B qrupuna 6 xalla “Barselona” və “İnter” klubları başçılıq edirlər. “Tottenhem” və PSV-nin aktivində isə xal yoxdur.
Oktyabrın 24-də UEFA Çempionlar Liqasının 3-ci turunda növbəti oyunlar keçiriləcək:
C qrupu
“Liverpul” (İngiltərə) - “Crevena Zvezda” (Serbiya)
PSJ (Fransa) - “Napoli” (İtaliya)
D qrupu
“Qalatasaray” (Türkiyə) - “Şalke” (Almaniya)
“Lokomotiv” (Rusiya) - “Porto” (Portuqaliya)
Qeyd edək ki, “Brügge” - “Monako” və PSV- “Tottenhem” oyunu UEFA-nın yeni reqlamentinə görə, Bakı vaxtı ilə saat 20:55-də, digər qarşılaşmalar isə saat 23:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]