Bu həftə 27 mindən çox şagird imtahan verəcək
Bakı, 27 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin iyulun 29-30-da keçirəcəyi növbəti buraxılış (qəbul) imtahanları respublikanın 20 şəhər və rayonunda təşkil olunacaq.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 135 imtahan binası, 2131 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 135 ümumi imtahan rəhbəri, 362 imtahan rəhbəri, 2826 nəzarətçi-müəllim, 270 buraxılışı təşkil edən əməkdaş, 135 bina nümayəndəsi cəlb edilib.
İyulun 29-da keçiriləcək imtahanlarda 13809, iyulun 30-da keçiriləcək imtahanlarda isə 14115 nəfər olmaqla, ümumilikdə 27924 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur.
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]
Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb
- 05.10.2026 [18:01]
Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir
- 05.10.2026 [17:36]
III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib
- 05.10.2026 [17:27]
“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu
- 05.10.2026 [17:16]