Bu həftə Səudiyyə Ərəbistanında RF ilə ABŞ arasında görüş nəzərdə tutulmur
Moskva, 10 mart, AZƏRTAC
Bu həftə Səudiyyə Ərəbistanında Rusiya ilə ABŞ arasında danışıqların aparılması nəzərdə tutulmur.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
M.Zaxarova vurğulayıb ki, mətbuatda gedən bu cür xəbərlər həqiqətə uyğun deyil. O qeyd edib ki, tərəflər arasında bütün diplomatik təmaslar müəyyən edilmiş qaydada və zərurətdən asılı olaraq həyata keçirilir.
Bundan əvvəl bir sıra xarici mənbələr Moskva və Vaşinqton nümayəndələrinin Səudiyyə Ərəbistanında mümkün görüşü barədə məlumat yayıblar, amma Rusiya Xarici İşlər Nazirliyi bu məlumatı təkzib edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]