Bu il genişmiqyaslı yanğın hadisələri respublikanın şimal bölgəsində baş verib
Bakı, 14 sentyabr, AZƏRTAC
Bu il ilk böyük yanğın hadisəsi Şabran rayonunda qeydə alındı. Ümumilikdə bu ilin əsas və genişmiqyaslı yanğın hadisələri şimal bölgəsində baş verdi. Yanğın Quba rayonunun ərazisində təxminən 300 hektara yaxın ərazini əhatə etdi. Zaqatala rayonu ərazisində bir yanğın hadisəsi qeydə alındı. Oğuz rayonu ərazisində baş verən və xeyli ərazini əhatə edən yanğın isə sonuncu oldu.
AZƏRTAC xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev isə bu il xüsusi mühafizə olunan təbiət ərazilərində - bəzi milli parklarda da yanğın hadisələrinin qeydə alındığını bildirib: “Ən çox Böyük Qafqazın cənub ətəklərində, xüsusilə Şahdağ Milli Parkının Oğuz və Qəbələ bölməsində yanğınlar baş verdi. Şimal-şərq hissəsində - Quba istiqamətində də müəyyən xırda yanğınlar qeydə alındı”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]