BU İL İNGİLİS DİLİNDƏ SAYCA MİLYONUNCU SÖZ İŞLƏNMƏYƏ BAŞLAYACAQ
Peyek demişdir ki, bunun hansı söz olacağını heç kim bilmir. Ola bilsin, bu söz ingilis dilinin Çin, hind və ispan dilləri ilə sintezindən yaranan “çaynqliş”, “hinqliş”, yaxud “spenqliş” sözlərindən biri olacaqdır. Milyonuncu sözün demokratik ingilis dilini hər gün zənginləşdirən gənclər mədəniyyətindən, yaxud veb-jarqondan daxil olacağı da istisna deyildir.
Kaliforniya ştatında yerləşən “Qlobal lenquic monitor”un Şekspir və
Nyutonun dilinin səsləndiyi dünyanın az qala bütün guşələrində müşahidəçiləri var. Onlar hər cür neologizmlərin meydana gəlməsini diqqətlə izləyir, yeni məlumatı mərkəzi xidmət ofisinə göndərirlər. Məsələn, bu yaxınlarda lüğət tərkibinə “sneparattsi” sözü ( fotokameralı mobil telefonla məşhur adamların fotoşəklini çəkən adamlar) daxil edilmişdir. Çindən lüğət tərkibi ilə bağlı “drinkti” sözü göndərilmişdir ki, onun da mənası xırda ticarət dükanında çay içmək deməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]