BU İL SOSİAL MÜDAFİƏ FONDUNUN GƏLİR VƏ XƏRCLƏRİ XEYLİ ARTACAQ
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov AZƏRTAC-ın müxbirinə demişdir ki, 2005-ci ildə əmək haqlarının qalxması, debitor borcların sahibləri ilə imzalanmış tərəfdaşlıq sazişləri, kənd əhalisinin sosial sığortaya cəlb olunması və inzibati tədbirlər nəticəsində fondun büdcə daxilolmalarının həcmi xeyli artacaqdır. Bununla əlaqədar xərclər hissəsində də dəyişiklik olacaqdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil olmuş şəxslərə, Qarabağ və Böyük Vətən müharibələri veteranlarına, 1941-1945-ci illərdə arxa cəbhədə xidmətə görə orden və medallarla təltif olunmuş şəxslərə 25 min manat, yeni doğulmuş uşağa görə birdəfəlik 150 min manat, dəfn üçün təqribən 300 min manat məbləğində müavinət veriləcəkdir. Pensiyaların minimum həcmi isə 125 min manata çatdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]