Bu ilin ötən dövründə Azərbaycan ərazisində 5 min 543 yeraltı təkan qeydə alınıb
Bakı, 25 dekabr, AZƏRTAC
Bu il dekabrın 25-dək Azərbaycan ərazisində 5 min 543, Azərbaycan və ona bitişik ərazilərdə 8 min 993 yeraltı təkan qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli məlumat verib.
RSXM-də AMEA-nın Yer Elmləri bölməsinin və adıçəkilən mərkəzin birgə iclasında çıxış edən professor, həmçinin bildirib ki, Azərbaycan və ona bitişik ərazilərdə 19 zəlzələ hiss olunub. Maqnitudası 3-dən yuxarı olan 75 yeraltı təkan baş verib. Seysmik stansiyalar tərəfindən il ərzində 2 min 400 yeraltı partlayış qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:15]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
- 05.06.2026 [19:05]
Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək
- 05.06.2026 [18:50]