Bu yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Bakı, 30 dekabr, AZƏRTAC
M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci kilometrlik hissəsində yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq 2023-cü il yanvarın 2-də saat 01:00-dan 05:00-dək hər iki istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan vaxt kəsiyində alternativ olaraq Saray-Novxanı yolundan istifadə etmələri xahiş olunur.
Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.