BUDAPEŞTDƏ RAMİL SƏFƏROVUN İŞİ ÜZRƏ NÖVBƏTİ MƏHKƏMƏ İCLASI OLMUŞDUR
Məhkəmədə indiyədək üç ekspertiza keçirən 6 ekspert iştirak etmişdir. Məhkəmə üçüncü ekspertizanın nəticələrini dinləmişdir. Sonra ekspertlər məhkəmə sədrinin, Ramil Səfərovun ittihamçısının və vəkillərinin suallarına cavab vermişlər.
Məlum olduğu kimi, birinci və ikinci ekspertizanın nəticələri bir-birindən köklü surətdə fərqlənir. Üçüncü ekspertiza ikincinin nəticələrinə yaxın idi. Lakin hakim aparıcı ekspertlərin rəylərini soruşduqdan sonra daha bir ekspertiza keçirilməsi haqqında qərar qəbul etmişdir. Çünki ekspertlər vahid rəyə gələ bilməmişlər.
Məhkəmə iclasında Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşları, Budapeştdə təhsil alan tələbələrimiz, diasporumuzun üzvləri də iştirak edirdilər.
Məhkəmə iclası türk dilinə tərcümə edilməklə macar dilində aparılırdı.
Növbəti iclas gələn il martın 7-də keçiriləcəkdir.