Burkina Fasodakı qızıl mədənində 8 işçi öldürülüb
Qahirə, 2 fevral, AZƏRTAC
Burkina Fasonun Qaoua qəsəbəsində qızıl mədəninə silahlı basqın nəticəsində 8 şaxtaçı, o cümlədən 15 yaşında uşağın qətlə yetirildiyi bildirilir. Ölkə prokurorluğunun keçirdiyi mətbuat konfransında bildirilib ki, qızıl mədəninə silahlı hücumu qəsəbə sakinləri ilə əlbir olan ekstremist qruplaşma törədib. Gülləbaran zamanı daha 29 şaxtaçı yaralanıb.
AZƏRTAC xəbər verir ki, 20 milyon əhalisi olan və gəlirinin əsas hissəsini pambıq və qızıl ixracı təşkil edən bu ölkədə tez-tez mədənlərə silahlı basqın edilir. İki il əvvəl bu basqınların birində 57 mədən işçisi öldürülmüşdü.
2007-ci ildə cəmi 400 kiloqram qızıl istehsal edən bu ölkədə hazırda ildə 52 ton qiymətli metal çıxarılır. Burkina Fasonun mədənlərində 15 min nəfər çalışır. Son illər qızıl yataqları qonşu Mali və Nigerdən gələn ekstremist qrupların da qarət hədəfinə çevrilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]