CAHİT EROL: “XOCALI QANAYAN YARAMIZDIR”
İğdır, 26 fevral (AZƏRTAC). İğdırlı jurnalist Sərdar Ünsal bildirmişdir ki, MHP vilayət təşkilatının başkanı Cahit Erol Xocalı soyqırımının 17-ci ildönümü münasibətilə kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirmişdir.
Başkan demişdir: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları Xocalıda 613 nəfər sakini qətlə yetirmiş, 1275 nəfəri əsir götürmüşlər. 155 nəfər itkin düşmüşdür. Ermənilərin fitnəkarlıqlarına uyanları, erməni diasporunu müdafiə edənləri bu faktlara diqqət yetirməyə çağırırıq. Xocalı qanayan yaramızdır”.
Həmin partiyadan İğdır bələdiyyəsinin sədrliyinə namizəd Ekber Yeşil bildirmişdir ki, Xocalı faciəsi ermənilərin və havadarlarının insanlığa sığmayan əməllərinin nəticəsidir. Bu hadisə tarixdə qara ləkə kimi qalacaqdır. Natiq Xocalı qurbanlarının xatirəsinin yaddaşlarda əbədi yaşayacağını vurğulamış və demişdir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə güvənirik. İnanırıq ki, o, Qarabağı diplomatik yolla, lazım gələrsə başqa yolla geri alacaqdır”.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]