CAR millisinin baş məşqçisi dünya çempionatlarının tarixinə düşüb
Bakı, 29 iyun, AZƏRTAC
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında Cənubi Afrika Respublikası (CAR) millisinin baş məşqçisi Huqo Bros yeni rekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, belçikalı mütəxəssis mundialın pley-off mərhələsində komandasını meydana çıxaran ən yaşlı (74 yaş 79 gün) baş məşqçi olub.
Bununla da Huqo Broos 2018-ci il dünya çempionatı zamanı Uruqvay millisini çalışdıran və həmin vaxt 71 yaşı olan Oskar Tabaresə məxsus rekordu yeniləyib. Tabares həmin mundialda yığmanı 1/4 final mərhələsinə yüksəltmişdi.
Qeyd edək ki, CAR millisi 1/16 finalda Kanada yığmasına 0:1 hesabı ilə məğlub olaraq mundialla vidalaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]