Cari ildə “Azəri-Çıraq-Günəşli”də hasilat 132 milyon barrel olub
Bakı, 16 noyabr, AZƏRTAC
Bu ilin 3 rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilat 132 milyon barrel, yəni 17,9 milyon ton olub.
“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, yanvar-sentyabr aylarında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Üç rübdə AÇG-dən ümumi hasilat - “Çıraq” (36 min), “Mərkəzi Azəri” (115 min), “Qərbi Azəri” (118 min), “Şərqi Azəri” (64 min), “Dərinsulu Günəşli” (97 min) və “Qərbi Çıraq” (52 min) platformalarından birgə gündəlik orta hesabla 482 min barrel olub.
Rübün sonuna AÇG-də ümumilikdə 124 neft hasilat, 39 su və 7 qaz injektor quyusu istismarda olub. Doqquz ayda blokda 10 neft hasilat və 2 suvurma quyusu qazılıb.
Cari ildə AÇG layihəsinə təqribən 399 milyon dollar əməliyyat və 1 milyard 398 milyon dollardan çox əsaslı məsrəflər xərclənib.
AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP 30,37 faiz, “AzAÇG” (SOCAR) 25 faiz, MOL 9,57 faiz (bu il aprelin 16-dan “Chevron” şirkətini əvəz edib), “Inpex” 9,31 faiz, “Equinor” 7,27 faiz, “ExxonMobil” 6,79 faiz, TPAO 5,73 faiz, “Itochu” 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) 2,31 faiz.
Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıb. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həmin il oktyabrın 31-də ratifikasiya olunub.
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]