Cari ildə Dünya Su Ehtiyatları Gününün mövzusu “Su və ərzaq təhlükəsizliyi”dir
Bakı, 22 mart (AZƏRTAC). Hər il martın 22-si Dünya Su Ehtiyatları Günü kimi qeyd edilir. Bu il “Su və ərzaq təhlükəsizliyi” mövzusuna həsr edilmiş Dünya Su Ehtiyatları Gününün əlaqələndiricisi BMT-nin Dünya Ərzaq Təşkilatıdır (FAO).
Sözügedən mövzu bu il keçirilən üç iri beynəlxalq tədbirin - Dünya Su Forumunun, Dünya Su Ehtiyatları Gününün və Dünya Su Həftəsinin gündəliyinin prioritet mövzusudur. Həmin tədbirlər çərçivəsində su təchizatı ilə ərzaq məhsulları istehsalı arasında qarşılıqlı əlaqə, habelə artmaqda olan əhalinin şirin su ehtiyatları imkanları daxilində qidalandırılması məsələləri müzakirə ediləcəkdir.
Hazırda planetmizdə 7 milyard adam yemək istəyir. 2050-ci ilədək onlara daha 2 milyard adam qoşulacaqdır. Statistikaya görə, hər birimiz gündə 2-4 litr su içir, lakin suyun böyük bir qismi orqanizmimizə yediyimiz qida ilə daxil olur. Məsələn, bir kiloqram mal ətinin istehsalı üçün 15 min litr su tələb olunur, 1 kiloqram buğda isə 1500 litrədək su “içir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]